Binəqədidə YAŞIL SOYQIRIM… SƏRT BUDANMA kimi rəsmiləşir… – MƏZƏLƏNİRLƏR?backend

Dünən məlumat verərək bildirmişdik ki, paytaxtın Binəqədi rayonu, 9-cu mikrorayon, Həmzə Babaşov küçəsi, “Zeytunluq” deyilən ərazidə bayram günləri genişləndirmə işlərinə başlanıb.

“Yeni Gundem” məlumat verir ki, çoxillik yaşıllıqlar məhv edilərək, həmin yerdə fəaliyyət göstərən “Zeytun” restoranı ərazini genişləndirir.

Xəbəri burada: Xaraba günə qoyulan BİNƏQƏDİ… – Kölgələnməyə ağac qoymayacaqlar...

Yəni aydın olanı odur ki, adamlar nəfəsimizi kəsirlər…

Bu heç… bizlər ayrı-ayrı imkanlı şəxslərin, məmurların özbaşınalığına bir növ adətkərdəyik…

Bu məsələyə verilən reaksiya isə daha maraqlıdır. Söhbət Ekologiya və Təbii Sərvətlər Nazirliynin münasibətindən gedir…

Nazirlik bildirir:

Binəqədi rayonu, Həmzə Babaşov küçəsində, “Zeytun bağı” restoranının ərazisində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

Xidmət rəsmisi Qafar Ağayev bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı ərazidə tikinti işləri aparılarkən 4 zeytun ağacının sərt budandığı müəyyən edilib.

“Faktla bağlı restoranın səlahiyyətli nümayəndəsi Rəfael Manafov barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb. Aparılan tikintinin qanunauyğun olub-olmadığının araşdırılması məqsədilə Binəqədi rayon İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məktubla müraciət olunub”.

***

Bəli… SƏRT BUDANMA… Di gedək, yataq…

Normalda, bu “SƏRT BUDANMA”ya görə… adamın nəfəsini kəsərlər… Necə ki, onlar bizzim nəfəsimizi kəsirlər…Dia-az.info