Bir daha bütün dünya erməni vəhşiliyinə və terroruna şahid oldu – Emin Hacıyevbackend

Ötən gün ermənilərin Livanda yerləşən səfirliyimizin inzibati binasına partlayıcı şüşələrlə hücumu Ermənistan və onun havadarları tərəfindən törədilmiş növbəti terror aktıdır. Bununla bir daha bütün dünya erməni vəhşiliyinə və terroruna şahid oldu. Livanda aktiv fəaliyyət göstərən erməni diasporunun səfirliyimizi hədəf götürməsi həm beynəlxalq hüquq, həm də humanizm nöqteyi-nəzərdən qəbuledilməzdir.

Bunu açıqlamasında Milli Məclisin deputatı Emin Hacıyev deyib.

Beynəlxalq müqavilələrdə təsbit olunan öhdəliklərə diplomatik nümayəndəliyin yerləşdiyi ölkə təminat verməlidir. Bu cinayəti törədən şəxslər müəyyən olunmalı və nümayəndəliyin təhlükəsizliyinin təmin olunması üçün müvafiq tədbirlər görülməlidir. Livan hökumətindən təxribatçıların aşkarlanaraq ədalətli formada cəzalandırılmasını tələb edirik.

Azərbaycanın Xankəndidə yaşayan erməni əsilli vətəndaşlara humanitar yardım göndərdiyi bir vaxtda erməni diasporu və rəsmi İrəvan tərəfindən səfirliyimizə qarşı hazırlanmış bu xain hücumu qətiyyətlə pisləyirik.