Bir neçə kəndi birləşdirən yol çöküb, körpü dağılıbbackend

Astara rayonunda selin törətdiyi fəsadlar artmaqdadır.

Ötən gecə Astara rayonunun Şağlazüzə kəndində Pensər – Şağlazüzə – Şamətük kəndlərini birləşdirən dağlıq yol çöküb. Yolda nəqliyyatın hərəkəti dayanıb.

Şağlazüzə – Siyokəş yolunu birləşdirən körpünü də sel suları dağıdıb.

Ərazidə təmir-bərpa işlərini aparmaq üçün isə öncə dünən dağılan Vaqo körpüsü bərpa olunmalıdır.