Birdəfəlik sosial ödəniş alanların nəzərinəbackend

Dövlət Sosial Müdafiə Fondu birdəfəlik sosial ödəniş alacaq vətəndaşlara müraciət edib.

“Yeni Gündəm”-in məlumatına görə, bildirilir ki, dəfn üçün, uşağın anadan olmasına görə, cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə və radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət vətəndaşlara “Azərpoçt” vasitəsilə çatdırılır.

Vətəndaşlar həmin vəsaiti “Azərpoçt”un istənilən şöbə, filial və məntəqəsində əldə edə bilərlər.