Birlik və həmrəyliyi səciyyələndirən “Dəmir yumruq.”backend

Sentyabrın 27-də işğalçı Ermənistanın Qarabağda növbəti təxribatına cavab olaraq əks-hücum əməliyyatlatına başlayan Azərbaycan Ordusu 44 günlük zəfər yürüşü ilə ölkəmizin ərazi bütövlüyünü təmin edib. Bu, “ildırımsürətli müharibə”lər sırasına düşməyə layiq olan bir qəhrəmanlıq nümunəsidir. Silahlı qüvvələrimiz öz şücaətləri ilə bəşəriyyətin hərb tarixində yeni səhifə açıblar. İşğalın davam etdiyi 30 il ərzində Azərbaycan beynəlxalq aləmdə özünü münaqişənin sülh yolu ilə həllinə sadiq qa­lan bir dövlət kimi tanıtmışdı. Nəhayət, səbri tükənən Azərbaycan  sentyabrın 27-də növbəti təxribatlara ca­vab vermək məcburiyyətində qaldı. Şəxsi heyət və tank bölmələrimiz, raket-artille­riya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş apa­ratlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikasını aşkarlayaraq məhv etdilər. 44 gün ərzində mənfur erməni silahlı dəstələrinə ard-arda sarsıdıcı zərbələr endirildi. İşğal altında olan rayonlarımız, mü­hüm strateji yüksəkliklər, kənd və qəsəbələr düşməndən azad edildi. Ermənilərin – mərə kafirlərin illərcə qurduğu beton istehkamlar bu selin qarşısında qısa bir müddət də da­yana, tab gətirə bilmədi. Bilməzdi də. Əbəs yerə deyilməyib ki, el gücü – sel gücü!

Müharibə zamanı Azərbaycan humanizm prinsiplərinə, silahlı münaqişələrlə bağlı yazılmamış qanunlara lazımınca əməl etdi. Nə dinc əhalini atəşə tutdu, nə də gö­türdüyü əsirlərə fiziki iztirablar ver­di. Bir dəfə də erməni sakinlərinin qaldığı Xankəndini və digər yaşa­yış məntəqələrini hədəf seçmədi. Amma qarşı tərəf dəfələrlə Gəncəni, Tərtəri, Bərdəni, Ağdamı, Ağcabədini və təmas xəttindən uzaq olan digər rayonları raket atəşlərinə tutdu, nə qədər dinc sakinin qətlinə bais oldu. 44 günlük savaşda təkcə Tərtərin 40 yaşayış məntəqəsinə 21 raket, 16 mindən çox artilleriya mərmisi atıldı. Gəncə beş dəfə bombalandı.

44 günlük zəfər yürüşü ilə ərazi bütövlüyümüzün təmin olunduğu həmin dövr tarix kitablarında qeyd ediləcək, gələcək nəsillərə nümunə göstəriləcək. Üstündən qaçqın və məcburi köçkün adı götürülən, artıq bu il öz rayonlarının işğal günlərini kədərlə qeyd etməyən soydaşları­mız azad dədə-baba yurdlarına qa­yıtmağa hazırlaşırlar. İndi işğaldan azad edilmiş ərazilərdə genişmiq­yaslı bərpa-quruculuq işləri görülür.

cənab İlham Əliyevin müdrik siyasəti nəticəsində 2020-ci il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş İkinci Qarabağ müharibəsini qlobal pandemiyanın davam etdiyi şəraitdə böyük Zəfərlə başa çatdırdı və öz ərazi bütövlüyünü təmin etdi. Bu, həqiqətən tarixi bir Zəfər idi. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, çoxəsrlik Azərbaycan tarixində buna oxşar parlaq Qələbə və mütləq Qələbə olmamışdır.

Məhz bu tarixi qələbə “Dəmir yumruq” siyasətinin nəticəsidir…

Niftiyeva Günel. Azərbaycan Dövlət Pedaqoji Universiteti