Hər bir insanın bir ailəsi vardır, hansı ki, bu ailəyə sıx bağlı olur. Sevinci,uğuru uğuru, kədəri kədəri olur. Həmin ailəyə sıx bağlı olur, ondan başqa ailəsi olmur. Bizimdə ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur. Azərbaycan xalqı daima yanında olub, dəstək verən dövlətləri, xalqları unutmur. Daima onları nəzərlərində saxlayırlar. Sözügedən bu fikir ölkəmizin bu istiqamətdəki siyasətini açıq şəkildə büruzə verir. Son illər ərzindı Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlər birliyimizi daha da gücləndirir. Birliyimizisarsılmaz, qüvvətli edir. Türk dünyasının gücləndirilməsi, birlməsi Türk dünyasını Türk Döblətləri Təşkilatını dünya miqyasında böyük bir güc mərkəzinə çevirəcək. Dövlət başçımız TÜRKPA- ya üzv ölkələrin patlament sədrləri ilə keçirilən görüşdə demişdir ki,mövcud olan güc mərkəzləri böhran içindədir. Hərəsinin öz böhran çərçivələri var. Bizim isə əksinə, potensialımız gündən- günə çiçəklənir.
Qardaş ölkəmizin yardımı ilə bir çox layihələrimiz baş tutmuşdur. Bu gün güclü iqtisadiyyatı, qüdrətli ordusu ilə Türkiyə Respublikası beynəıxalq aləmdə söz sahibi ölkələrdın biridir. Tarix boyu böyük güclərin yaratdıqları çətinliklərə baxmayaraq Türkiyə və Azərbaycan xalqları daim bir- birinin yanında olmuşlar.
Azərbaycan- Türkiyə əlaqələri davamlıdır. Əzəli və əbədi Azərbaycan- Türkiyə qardaşlığı sarsılmazdır.Xalqlarımız arasındakı saf, səmimi münasibətlər daha da dərinləşərək yeni mərhələyə qədəm qoyur.Bir Azərbaycan vətəndaşı olaraq bununla fəxr edirəm. Bizim dostluğumuz sarsılmazdır və hamımız bunu qorumalıyıq. Ölkəmiz, prezidemtimizlə fəxr edirik.
Nazənin Dadaşova
Nəsimi rayon könüllüsü