BKA – “Prezident kuboku 2018” uğrunda açıq çempionata ev sahibliyi edibbackend

Bakı Karate-do Akademiyası  “Prezident kuboku -2018 ” uğrunda açıq çempionata ev sahibliyi edib

Yenigundem” xəbər verir ki, 23 sentyabr 2018-ci il tarixində  uşaq, yeniyetmə, gənclər və böyüklər arasında prezident kuboku uğurunda açıq çempionat keçirilmişdir.

Yarışda 250-dən çox idmançı öz qüvvəsini sınayıb.

Qalib komandalar kubokla, qalib idmançılar isə medal və diplomlarla təltif edilib.

İki versiyada keçirilən yarışda,

B-1 versiyası (wkf qaydaları ilə) 

Kərəm Mirzəyev adına karate klubu 1-ci yer;

Sumqayıt komandası 2-ci yer,

Ariz karate klubu isə 3-cü yerə layiq görülmüşdür.

B-3 (kontakt karate) versiyası üzrə isə;

İsmayıllı komandası 1-ci yerə,

Elxan karate məktəbi 2-ci yerə,

BKA isə üçüncü yerə layiq görülərək kubokları qazanmışdır.

Qeyd edək ki,yarışın informasiya dəstəyi “Yenigundem” informasiya portalı idi