BMT-də baş katib Antonio Guterreşin iştirakı ilə Vətəndaş Cəmiyyəti nümayəndələrinin görüşü olubbackend

Bugun.tv xəbər verir ki, ABŞ-ın Nyu-York şəhərində BMT-nin Qadınların Statusu Komissiyasının 68-ci sessiyası çərçivəsində növbəti tədbir keçirilib. BMT-nin Qəyyumluq Şurasında baş katib Antonio Guterreşin iştirakı ilə Vətəndaş Cəmiyyəti nümayəndələrinin görüşü olub.

Bu barədə “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Rəhimova məlumat verib. O, bildirib ki, Baş Katib hökumətlər tərəfindən qəbul olunan qərarlarda qeyri-hökumət təşkilatı nümayəndələrinin iştirakının əhəmiyyətini xüsusi vurğulayıb. Çıxışının sonunda gender bərabərliyinin qorunmasında qadınları, vətəndaş cəmiyyəti nümayəndələrini aktiv olmağa çağırıb.

Antonio Quttereş
BMT-nin baş katibi Antonio Quterreş

Qeyd edək ki, Azərbaycan Vətəndaş Cəmiyyəti nümayəndələri də BMT-nin Qadınların Statusu Komissiyasının 68-ci sessiyasında iştirak edir.
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri  Məhluqə Rəhimova və təşkilatın Beynəlxalq əlaqələr departamentinin rəhbəri Nədimə Rəhimli Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində keçirilən BMT-nin Qadınların Statusu Komissiyasının 68-ci sessiyasında vətəndaş cəmiyyəti nümayəndəsi olaraq təmsil olunurlar.
Onu da deyək ki, bu, komissiyanın BMT-nin gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi üzrə keçirilən ən böyük yığıncağıdır.

Nyu-yorkda BMT-nin yığıncağı olub
BMT-nin tədbiri

Sessiyanın bu ilki əsas mövzuları yoxsulluğun aradan qaldırılması məqsədilə gender bərabərliyinə nail olunması və qadın-qızların səlahiyyətlərinin artırılmasının sürətləndirilməsi, eyni zamanda gender perspektivi baxımından institutların və maliyyələşdirmənin gücləndirilməsidir.

https://www.unwomen.org/en/how-we-work/commission-on-the-status-of-women

Səfər Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilir.