Rusiya BMT Təhlükəsizlik Şurasında təklif etdiyi qətnaməni təsdiqləmək üçün kifayət qədər səs toplaya bilməyib.
“Yeni Gundem” Xarici KİV-ə istinadən xəbər verir ki, qətnamədə “Şimal axını” boru kəmərlərinə hücumların araşdırılması nəzərdə tutulurdu.
Yalnız üç ölkə Rusiyanın təklif etdiyi qətnaməni dəstəkləyib, 12 ölkə isə bitərəf qalıb. Onun keçməsi üçün azı doqquz səs lazım idi.
Rusiya, Çin və Braziliya qətnaməni dəstəkləyib. Albaniya, Böyük Britaniya, Qabon, Qana, Malta, Mozambik, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, Fransa, İsveçrə, Ekvador və Yaponiya bitərəf qalıb.
Qətnamənin həmmüəllifləri Belarus, Venesuela, Şimali Koreya, Nikaraqua, Suriya və Eritreya olub. Lakin onlar Təhlükəsizlik Şurasının üzvü deyillər və səsvermədə iştirak etməyiblər.
Fərahim Rəhimov