BMT TŞ-nın Qarabağla bağlı təcili iclası – Prosseslərə hansı təsirləri olacaq?backend

Xəbər verdiyimiz kimi, BMT Təhlükəsizlik Şurası ermənilərin yaşadığı Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın yolunun guya “bağlanmasından” sonra yaranmış “humanitar böhranı” müzakirə etmək üçün təcili iclas çağırıb. Müzakirədə çıxış edən ölkələrin təmsilçiləri tərəflərin “aqressiv ritorikadan” istifadə etməməsini, tərəflər arasında dialoqun inkişaf etdirilməsini və münaqişənin həlli yollarının tapılmasına çalışılmasını təklif ediblər.

Mövzu ilə bağlı “Yeni Gundem”-ə danışan Milli Məclisin deputatı Mahir Abbaszadə bildirib ki, dünən ki, iclas bir daha onu göstərir ki, Azərbaycanın indiyə qədər apardığı haqq mübarizəsində bundan sonra da mövqeyini müdafiə etməlidir.

“Dünən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Ermənistanın təşəbbüsü ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması və Qarabağda guya ermənilərin “humanitar böhran” içərisində yaşaması ilə bağlı iclas keçirilib. Bu bir daha onu göstərdi ki, Azərbaycanın indiyə qədər apardığı haqq mübarizəsində bundan sonra da mövqeyini müdafiə etməlidir. BMT TŞ-nın iclası bir daha Azərbaycan Respublikasının başda möhtərəm prezident İlham Əliyev olmaqla ölkəmizin xarici siyasətinin nə qədər düzgün aparıldığının göstəricisidir. İcas bir daha onu sübut etdi ki, Azərbaycan öz istəyinə nail olmaqdadır. Döyüş meydanında qələbə əldə bilmişiksə, diplomatiya masasında da bunu etməliyik. Dünən ki, iclas bir daha kimin sülh istədiyini ortaya qoydu. TŞ-nın iclasında iştirak edən nümayəndələrin çıxışlarında da kimin dost, kimin düşmən olduğu bilindi. Azərbaycanın yürütdüyü siyasət haqlıdır. Mübarizə ərazi bütövlüyümüzün bərpası ilə sona çatan mübarizədir. Cənab Prezidentin də qeyd etdiyi kimi, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Azərbaycan da yaşayan digər etnik xalqlar hansı hüquqlara malikdirlərsə onlarda eyni hüquqlara malik olacaqlar”.

Millət vəkili onu da əlavə edib ki, hazırda Azərabyacn ərazisində mövcud olan separatçılar beynəlxalq dəstək əldə edə bilmədilər:

“İndi Qarabağda mövcud olan separatçılar heç bir beynəlxalq dəstəyi əldə edə bilmədilər. Həmin qüvvələri heç kim dəstəkləmir. Beynəlxalq hüquq bizim tərəfimizdədir. Azərbaycan davamlı sülhün  və təhlükəsizliyin təminatçısıdır. Azərbaycan diplomatiyası başda cənab prezident İlham Əliyev olmaqla uğurlu siyasətini davam etdirir”,-deyə o, qeyd edib.

Siyasi ekspert Samir Hümbətov mövzu ilə bağlı “Yeni Gundem”-ə açıqlayıb ki, dünən ki, iclasda Türkiyənin, Albaniyanın, Çinin daimi nümayəndələrin çıxışlarından aydın olur ki, Azərbaycanın haqq səsini eşidən dostları var.

 

 

 

 

 

 

 

“BMT TŞ-nın dünən keçirilən iclasın da bir daha məlum oldu ki, Azərbaycana qarşı nə qədər haqsızlıq etməyə çalışsalar da, son nəticədə ölkəmizin beynəlxalq çərçivədə tanınan hüquqlarını kənara qoya bilməzlər. Azərbaycan təkcə özü üçün deyil, dostları üçün də önəmli tərəfdaşdır. Dünən Türkiyənin, Albaniyanın, Çinin daimi nümayəndələrin çıxışlarından aydın olur ki, Azərbaycanın haqq səsini eşidən dostları var. Sülh danışıqları görünən təxribatlardan sonra dayansa da Azərbaycanın sülh istəyini hamı görür. Baş verənlər bir daha onu sübut edir ki, bu gün də bölgədə maraqlı olub, sülhü istəməyənlər var. Hər halda Bakı sülhyönlü çağırışlarını davam etdirir. Bunlar nəticə etibarı ilə region üçün çox önəmli əhəmiyyət kəsb edir”,-deyə o qeyd edib.

Fərahim

Yenigundem.az