Bona Dea Hospitalda Ümummilli Liderin 100 illik yubileyi ilə bağlı tədbir keçirilibbackend

Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar ölkəmizdə fəaliyyət göstərən dövlət və özəl məkanlarda tədbirlərin keçirilməsi davam edir.

Yeni Gundem” xəbər verir ki, Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş tədbir Bona Dea Hospitalda da keçirilib.

Tədbirdə Milli Məclisin deputatı Məlahət İbrahimqızı iştirak edib.

Millət vəkili tədbirdə iştirakı ilə bağlı Yeni Gundem– ə danışıb.

“Bildiyimiz kimi bu il möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycanda çağdaş dövlətimizin qurucusu və banisi Heydər Əliyev ili elan olunubdur. Belə ki, bu il Ulu Öndərimizin anadan olmasının 100 illik yubileyi həm ölkəmizdə, həm də ölkəmizin hüdudlarından uzaqlarda dost və qardaş ölkələrdə təntənə ilə qeyd edilir. Bu tədbirlər arasında ulu öndəri Heydər Əliyevin təməlində humanizm, mərhəmət və insansrvərlik olan siyasətindən qaynaqlanan layihələr də var. Bugünlərdə Live-Bonade hospitalın bir qrup çox tanınmış türk həkim. Uzman və ptofessorları tərəfindən Ümummilli liderimizin anadan olmasının 100 illik yubileyi çərçivəsində bir sıra xüyriyyə tədbirlər də həyat keçirilibdir. Belə ki, yüzdən çox şəhid və qazi uşaqları, eləcə də autizm xəstəliyindən əziyyət çəkən 100-dən çox uşaq bu hospitalında hər tərəfli müayinə olmuş , sağlamlığında problem olanlara müvafiq müalicə təyin edilmişdi. Tədbirdə  çıxış edənlərin hər biri Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri olan, Azərbaycan-Türkiyə münasibətlərinin daha da güclənməsi üçün böyük fədakarlıq göstərmiş, “Bir Millət İki Dövlət” kəlamının müəllifi Heydər Əliyevi sevgi və minnətdarlıqla xatırlayaraq bu əbədiyaşar irsin təkcə Azərbaycan xalqı üçün deyil, həm də Türk dünyasının  gələcək nəsilləri üçün örnək olduğunu bildirdilər. Çıxış edənlər tərəfindən bu tükənməz irsin möhtərəm Prezidentimiz və Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev və Türkiyə Cumhuriyyətinin Prezidenti tərəfindən strateji müttəfiqlik səviyyəsinə çatdırıldığı vurğulanıbdır”,- deyə qeyd edib.