“Boşanmaların günahkarı qadınlardır” – Razi Nurullayevbackend

“Bəzən boşanmalara səbəb qadınların daha çox sərbəst qalmaq istəməsidir”.

“Yeni Gundem” xəbər verir ki, bunu deputat Razi Nurullayev Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, ona müraciətlərin 10/8-də boşanmaq istəyən qadınlar olur:

“Onlar deyir ki, mən boşanaraq aliment almalıyam. Düşünürəm ki, Aliment Fondu yaradılmalıdır və bundan sui-istifadə edənlər isə qanunvericiliklə cəzalandırılmalıdırlar”