Böyrəklərinizdə problem varsa bu 4 əlamətə diqqət!
Əminəm ki, təqdim edəcəyimiz bu video çox insanın həyatını xilas edəcək. Bu gün dünyada insanların əksəriyyəti xroniki böyrək çatışmazlığından əziyyət çəkir. Bu xəstəlik ilkin dövrlərdə özünü biruzə vermir. İnsanlar xəstəliyin sonuncu mərhələlərində böyrəkdə problem olduğunu hiss edirlər. Bu da bəzən çox gec olur…
Yüksək təzyiqdən, şəkərli diabetdən əziyyət çəkirsinizə, yaxud ailənizdə genetik böyrək xəstəlikləri varsa, üstəlik, yaşınız 60-ı keçibsə, hər il mütəmadi olaraq böyrəklərinizi yoxlatmalısınız. Bəs böyrəkdə problem olduğunu göstərənlər əlamətlər hansılardır?
Xroniki böyrək xəstəliyinin 10 əlaməti bunlardır:
1: Özünüzü çox yorğun hiss edirsinizsə, sanki, enerjiniz qəfildən azalıbsa, yaxud diqqətinizi toplamaqda çətinlik çəkirsinizsə, böyrəkdən şübhələnmək haqqınız var. Böyrəklərin iş qabiliyyəti azalanda orqanizmdə kirlilik miqdarı artır, yəni, bədən toksinlərdən yetəri qədər təmizlənə bilmir. Yorğunluğun, qəfildən əl-ayağın tutmamasının, diqqətin dağılmasının əsas səbəblərindən biri də budur. Böyrək xəstəliyinin yaratdığı anemiya da yorğunluğa, halsızlığa gətirib çıxara bilir.
2: Yuxusuzluq… Böyrəklər öz filtrləmə vəzifəsini lazımi şəkildə yerinə yetirməsə sidiklə xaric olan zərərli maddələr qanda qalır. Bu da yuxusuzluğa səbəb olur. Xroniki böyrək xəstəliyi ilə köklük arasında da bağ var. “Yuxu apnesi” adlanan problem normal insanlara nisbətən xroniki böyrək xəstəliyi olan insanlarda daha çox müşahidə edilir.
3: Dəridəki quruluq və qaşınmalar… Sağlam böyrəklər orqanizmdə bir çox önəmli işləri yerinə yetirirlər:
-artıq mayeni və lazımsız maddələri xaric edirlər;
-qırmızı qan hüceyrələrinin əmələ gəlməsinə kömək edirlər;
– sümüklərin güclü qalmasını təmin edirlər;
-orqanizmin mineral balansını qoruyurlar;
Yüksək təzyiqdən, şəkərli diabetdən əziyyət çəkirsinizə, yaxud ailənizdə genetik böyrək xəstəlikləri varsa, üstəlik, yaşınız 60-ı keçibsə, hər il mütəmadi olaraq böyrəklərinizi yoxlatmalısınız. Bəs böyrəkdə problem olduğunu göstərənlər əlamətlər hansılardır?
4:Sidiyə tez-tez getmək… Xüsusilə, gecələr tez-tez sidiyə gedirsinizsə bu, böyrək xəstəliyinin bir işarəti ola bilər. Böyrəklərdəki filtrlərin zədələnməsi sidiyə getmək hissini artırır. Bəzən bu hal sidik yolları iltihabından və kişilərdə prostat böyüməsindən qaynaqlana bilər.
5:Sidikdə qan olması… Sağlam böyrəklər sidik vasitəsilə toksinləri və lazımsız maddələri orqanizmdən xaric edir. Amma qan hüceyrələrini orqanizmdə saxlayır. Böyrəklərdəki filtrlər xəsarət alanda isə qan hüceyrələri sidiyə sızır. Qeyd etməliyəm ki, sidikdə qan görülməsi təkcə xroniki böyrək xəstəliyinin işarəti deyil. Həmçinin, xərçəng xəstəliyi, böyrək daşları, böyrəkdə və ya sidik yollarında olan iltihablanma zamanı da sidikdə qan görülməsi baş verə bilər.
6.Köpüklənən sidik… Xüsusilə, unitaza dəfələrlə su buraxmağınızı gərəkdirəcək qədər köpüklü sidik tərkibindəki bol miqdarda proteindən xəbər verir. Bu köpükləri yaradan sidiyin tərkibindəki albumindir.
7.Gözlərin ətrafında şişkinlik… Sidikdəki protein böyrəklərdəki xəstəliyin ilkin işarətlərindəndir. Yəni, böyrək lazımi səviyyədə işləmir ki, protein sidiyə sızır. Gözlərin ətrafındakı şişkinlik böyrəklərin həddən artıq proteini orqanizmdə saxlamaq əvəzinə sidiyə sızdırmasından yaranır.
8.Topuqların və ayaqların şişməsi… Böyrəklərin iş prosesindəki azalma orqanizmdə natirum yığılmasına səbəb olur. Natrium isə həmişə orqanizmin uc nöqtələrində özünə yer edir. Bundan əlavə, unutmaq lazım deyil ki, əl və ayaq barmaqlarındakı şişkinlik ürək və qan xəstəliklərinin, qaraciyər probleminin, xroniki ayaq-damar xəstəliklərinin də işarəti ola bilər.
9.Azalan iştah… Yaxşı işləməyən böyrək səbəbilə orqanizmdə toksinlərin miqdarı artır. Bu da azalan iştahın səbəblərindən biri ola bilir.
10. Əzələlərdəki dözülməz ağrılar… Orqanizmdəki mineral və maye balansının pozulması böyrəklərin düzgün işləməməsinin nəticəsidir. Məsələn; kalsium çatışmamazlığı və nizamlanmayan fosfor əzələlərdəki səbəbsiz ağrıların yaranmasına təsir edir.