BÖYÜK SOYĞUN: Pul toplamağı təhsil şöbəsindən tapşırıblar-Xaçmaz məktəblərindəki “rivizor”rəzalətibackend

Təmir pulu,süpürgə pulu,summativ pulu kimi marafonlar var idi.İndi isə bu marafonlara daha biri daxil olub.Hesablama palatasının “rivizor” pulu.
Kimdi o “rivizor”lar? Nə üçün gəliblər və nə üçün onlara pul toplanılır?
Yoxlamadan alnı ağ üzü açıq çıxmalıyıq.Ona görə də lazım olan vəsaiti toplayıb hesablama palatasının “rivizor”larına vermək lazımdı.Hələ onların qalmağı,yemeyi və içməyi var.

“Yeni Gündəm”in məlumatına görə, bütün təhsil müəssisələri bu “rivizor”əməliyyatına səfərbər edilib.Hamı mütəşəkkil formada boyunlarına qoyulan məbləği hazırlayıb təhvil vermək üçün canla-başla çalışır.

Etibarlı mənbənin verdiyi məlumata görə toplanan vəsaitlərin məbləği məktəbdən aslı olaraq 1000-5000 manat arasında dəyişir.
Valideynlər də təhsil ocaqlarının bu tələblərini məcburiyyət qarşılığında qabul edir və səsiz -səmirsiz riayət edir.Çünki bilirlərki tələb olunan pulu verməsələr məktəbdə onların övladlarına qarşı xoşagəlməz bir münasibət formalaşa bilər.

Hər müəllimdən, şagirddən manat-manat yığıb toplayıb verilir təhsil şöbəsinə.

İnqilab canına and olsunki ele bir şey yoxdur.

Mövzu ilə əlaqədar olaraq münasibət almaq üçün Xaçmaz Rayon Təhsil Şöbəsinin müdiri İnqilab Musayevlə əlaqə saxladıq.O and-aman etdiki belə bir şey yoxdur.
-İnqilab canı deyirəm vallah belə şey yoxdur.And olsunki yoxdur.
Qeyd edək ki,bir müddət bundan əvvəl Hesablama palatası 2 saylı Maliyyə Hesablaşma Mərkəzində auditi yoxlamalara başlayıb.Dövlətin ən ali maliyyə nəzarəti orqanın başladığı bu yoxlamalar rayonda yerləşən təhsil müəssisələrinədə öz “təsir”ini göstərib.Yoxlamalarla paralel olaraq məktəblərdə də pul toplama marafonları strat götürüb.

Etibarlı mənbənin cumhuriyyet.az-a verdiyi məlumata görə, Xaçmazda Hesablama Palatasının aparmış olduğu bu yoxlamalardan “təmiz”çıxmaq üçün hər məktəbə müəyyən məbləğdə pul toplayıb gətirmək tapşırılıb.Vəziyyət elə həddə gəlib çatıbki bu proses rayonda böyük bir səs-küy və rezonans yaradıb.Artıq pedaqoji kolliktivin bir neçə üzvü bu barədə təmsil olunduğu sosial şəbəkə platformalarında belə açıq şəkildə etiraz etməyə başlayıb.

Elə bil yağışdan çıxıb yağmura düşmüşük.Üzümüz qalmıyıb da.Təhsil qalıb kənarda.Elə bil bazardı.İldə bir dəfə iki dəfə olanda yenə problem olmur.Hərə bir ağızdan ehham vurur.Ver.gətir.
Hesablama Palatası kimi bir dövlət qrumunun adından istifadə edilərək həyata keçirilən belə marafonların aparılması isə olduqca maraqlıdır.Görəsən bu qrumun Xaçmaza göndərdiyi audit qrupunun Rayon Təhsil şöbəsinin qarşısında hansısa bir “tələb”i olubmu?Olubsa bu tələb hansı nöksanlara və çatışmazlıqlara göz yumulmaq üçün nəzərə alınıb?Əyər belə bir tələb olmuyubsa bəs Rayon Təhsil Şöbəsi belə bir cəsarəti hardan tapıb?
Qeyd edimki Rayon Təhsil Şöbəsinə uzun illər rəhbərlik etmiş Mədinə Nurməmmədova bu il vəzifədən azad edilərək yerinə İnqilab Musayev adlı şəxs təyin edilib.O əvvəllər Xaçmazın Köhnə Xaçmaz kənd orta məktəbinin direktoru vəzifəsində çalışıb.Çalışdığı məktəb həm təhsilin keyfiyyəti həmdə digər məqamlara görə rayonda ən nümunəvi təhsil ocaqlarından biri olub.Onun rayon təhsilinin başına gətirilməsinin əsas səbəblərindən biri də bu olub.Amma nədənsə hamı onun rayon təhsilində müsbətə doğru bir inqilab edəcəyini gözlədiyi halda baş verən bütün proseslər məyusluq doğurub.
Xaçmaz şəhər 7 saylı orta məktəbi bir neçə il bundan öncə yenidən inşa edilib.Amma cari tədris ilinin başlamasından sonra hər şagirddən 10 manat təmir pulu toplanılıb.Bundan başqa bu təhsil ocağında yazı taxtası üçün 3 manat həmçinin süpürgə pulundan tutmuş summativ puluna qədər müxtəlif məqsədlərlə vəsait toplanılıb.
Rayonun Çarxı kənd orta məktəbində də vəziyyət fərqli deyil.Hesablama palatasının yoxlamaları üçün məktəbin pedaqoji kollektivindən müxtəlif məbləğlərdə pul toplanılıb.Direktor Ruhiyyə Mustafazadənin cumhuriyyet.az-a məsələ ilə bağlı açıqlaması isə bu oldu.
Biz heç bir pul-mul yığıb eleməmişik.
Şəhərin bütün təhsil müəssisələri,həmçinin kənd məktəblərində da oxşar proseslər mövcuddur.

Yergüc kənd orta məktəbini də dəqiqliklə misal çəkə bilərik.Hələlik bu qədər.

Ardı var.

Yenigundem.az