Böyürtkən hələ qədim zamanlardan bir çox xəstəliklərin müalicəsində dərman kimi istifadə olunur. Vitaminlərlə zəngin olan böyürtkənin insan sağlamlığı üçün bir çox faydaları var.
– Liflə zəngin olan böyürtkən həzmə kömək edir
– Müntəzəm istehlak edildikdə bağırsaq sağlamlığının yaxşılaşmasına kömək edir
– Tərkibində olan təbii estrogenlər sayəsində menopoz zamanı meydana gələn qızdırmalara yaxşı gəlir
– Tərkibindəki antioksidan komponentlər ürək-damar sağlamlığını qorumağa kömək edir
– Təzyiq və qan təzyiqini tənzimləyir
– Sümük sağlamlığını qorumaq üçün lazım olan kalsium və maqnezium ehtiva edir
– Yaşlılığın yaratdığı yaddaş problemlərindən qoruyur
– Dəri sağlamlığı üçün də faydalı olan böyürtkən dərinin vaxtından əvvəl qocalmasının qarşısını alır
– Böyürtkən ağızda xəstəliyə səbəb olan bakteriyaları öldürməyə kömək edir
– Tərkibindəki qallik turşusu, rutin və ellagik turşu sayəsində antiviral və antibakterial xüsusiyyətlər göstərir.
(Metbuat.az)