Prodüser Təranə Səmədova “ATV maqazin onlarla” proqramında qonaq olarkən maraqlı açıqlamalar verib.
“Yeni Gundem” xəbər verir ki, sənətçi “Onlarla 3 dəqiqə” rubrikasının 33 sualına cavab verib. Təranə verilişdə həbsxana həyatından, iki illik sevgilisindən və şou-biznesin hazırkı vəziyyətindən danışıb.
O, əvvəlcə ulduzu sönən məşhurlar mövzusunda verilən suala hər kəsi təəccübləndirəcək cavab verib.
Prodüser Xalq artisti Brilliant Dadaşovanı sözügedən siyahıya daxil edib:
“Brilliant Dadaşovanı həddindən artıq sevirəm. Amma bugünkü gündə gündəmdə deyil, ulduzu sönüb, parıldamır. Elə sənətin sahibi irəli gedir ki, baxıb deyirlər ki, işləməklərinə gərək qalmır”.
Bundan əlavə, T. Səmədova iki “Eurovision” ulduzu Səmra Rəhimli və Dilarə Kazımova haqqında da danışıb. Təranə bildirib ki, Dilarə geyimlərini daşıya bilmir: “Səmra Rəhimlini bəyənirəm. Dilarə Kazımovanın ifaları xoşuma gəlir. Amma müəyyən geyimlər geyinir, əynində bahalı görünmür, daşıya bilmir”.
Prodüser hazırda ölkənin bir nömrəli ulduzunun adını da açıqlayıb: “Bu gün ən populyar ulduz mənim üçün Röya Ayxan, respublika üçün isə Damladır”.
Təranə müsahibəsi zamanı müğənni Zenfira İbrahimovanı da tənqid edib: “Zenfira İbrahimovanın gözəl sənəti var, Alim Qasımovun tələbəsidir. Amma bayağı danışır”.