“Başlarına daş düşmüş” britaniyalı alimlər seksi nə ilə əvəz etmək olduğunu tapdıqlarını iddia edirlər.
Bu satqın tədqiqat “MyndPlay” adlı neyrokompüter intrefeysləri hazırlayan Britaniya şirkətinə aiddir.
Onların fikrincə, seksi şoppinqlə (alış-veriş) əvəz etmək olar.
Məlum olub ki, bütün bəşəriyyət iki qeyri-bərabər qrupa bölünür: “ilhamlanmış alıcılar” və “məcburi alıcılar”.
Birincilər alış-verişə bir bayram kimi baxır və hər yerdə,onları kütlədən fərqləndirəcək alış edə bilirlər. İkinciləri isə alış-verişə cırılmış son şalvar və ya sıradan çıxmış ayaqqabılar vadar edir.
Tədqiqatların nəticəsi onu göstərir ki, ilk qrupa daxil olan insanların 84% şoppinqdən daha çox həzz alırlar nəinki seksdən.
İkinci qrupa aid olanlar isə artıq 10 dəqiqə alı-veriş etdikdən sonra fiziki və mənəvi yorğunluqdan şikayət ediblər.
Ümid edirik ki, sizin sevdiyiniz qız ikinci qrupa daxildir. Əks təqdirdə vay sənin halına.