“Bu açılış bizi istəməyənlərə ciddi bir mesaj olacaq.” – ŞƏRHbackend

“Bizi istəməyənlər anlamırlar ki, bu onlar üçündə xeyir gətirəcək”

Bunu “Yeni Gundem”-ə açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.


“Bu gün tarixi bir gündür, bir tərəfdən Zəngilanın azad olunma günü, həmdə Şərqi Zəngəzurun mübarək günüdür. Yadımızdadır Füzuli Beynəlxalq Hava Limanının açılşında iki qardaş prezident qırmızı lenti kəsdikdən sonra simvolik açarlar verdilər. Bu gündə iki qardaş prezident həmin səma açarlarını bir daha beynəlxalq ictimaiyyətə göstərəcək. Bu açılış bizi istəməyənlərə ciddi bir mesaj olacaq .Ən əsası Ermənistan və İranla sərhəddə bele bir hava limanının inşası gücümüzü göstərir.

Bu açılış bizi istəməyənlərə ciddi bir mesaj olacaq.Bu gün dünyada enerji resursları nə qədər önəmlidirsə, nəqliyyat-logistik, kommunikasiyalarda o qədər önəmlidir. Əgər yük daşımaları Asiyadan-Avropaya 30-40 günə həyata keçirilirdisə, indi 10 günə bu reallaşdırılacaq.Ən əsası Ermənistana dəstək olan qonşularımız yaxşı anlamalıdırlarkı onlarda həyata keçirdiyimizi lahiyələrdən istifadə edəcəklər .”

Qeyd edək ki, hal hazırda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir

Fərahim RƏHİMOV

Yenigundem.az