Bu bürclərlə evlənməzdən öncə bir daha düşünün – Peşiman ola bilərsiniz…backend

Evlilik qərarı almaq asan iş deyil.

Xüsusilə, sərbəstliyə düşkün insanlar evlilik düşüncəsini qəbul edə bilmir. Belə insanlar məsuliyyət almaq və birinə bağlanmaqdan çox qorxur.

Onlar partnyorlarını nə qədər sevsə də, evlilik qərarı ala bilmir. Astrologiyada da bu xüsusiyyətlərə malik bürclər var. Bakupost.az həmin bürcləri təqdim edir.

OXATAN – Macəra yaşamağı çox sevirlər. Həyatı əyləncəsi və aksiyonu bol olan bir film kimi görürlər. Həddindən artıq sosial insanlardır, asanlıqla dost ola bilirlər. Yanlız bir insana bağlı olmaq onlara hər zaman qorxuducu gəlir. Eyni yerdə yaşamaq fikrini isə heç qəbul edə bilmirlər.

DOLÇA – Sərbəst və sosial insanlardır. Hər mövzuda sərbəst fikirlərə sahibdirlər. Evlilik ağıllarının ucundan belə keçmir. Heç kəsə bağlana bilmirlər. Hər zaman analitik düşünürlər. Böyük bir eşq yaşasalar da, həmişə məntiqlərini seçirlər.

ƏKİZLƏR – Sosiallaşmağı və əylənməyi çox sevirlər. Əyləncə və həyəcan onlar üçün nəfəs almaq qədər önəmlidir. Ona görə də, münasibətdə olduğu şəxsin də əyləncəli olmasını istəyirlər. Lakin bu münaisbət ciddi olduqda böyük təzyiq hiss edirlər. Evləndikdə sosial həyatlarının bitəcəyindən qorxurlar.