Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusunun işgəncəyə məruz qalması faktına münasibət bildirib.
“Yeni Gundem” xəbər verir ki, bu barədə Nazirliyin rəsmisi twitter hesabında yazıb.
“Bir neçə gün əvvəl Naxçıvanın Şahbuz rayonu istiqamətində yoxa çıxan Azərbaycan hərbçiləri Ermənistan tərəfindən saxlanılıb. Onlar şiddətlə döyülüb, işgəncələrə məruz qalıblar. Bu cür rəftar beynəlxalq humanitar hüquqa ziddir, qətiyyən yolverilməzdir və beynəlxalq səviyyədə pislənməlidir!”,-deyə o Twitter-də yazıb.