“Qəhrəmanlar diyarı Azərbaycanımızın novruz şənliyi” – Yazgül Abdiyevabackend

Bu gün “Dünya musiqi xəzinəsinin incisi Muğam” ictimai birliyi”,“Sağlamlığın Qorunması” ictimai birliyi, və “Sara Xatun” Mədəni Maarifçilik İctimai Birliklərinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində novruz bayram münasibətilə şəhid ailəli və qazilərə həsr olunmuş Novruz şənliyi keçirilib.

“Yeni Gundem” xəbər verir ki,“Sağlamlığın Qorunması” ictimai birliyinin sədri, Yazgül Abdıyeva çıxışında ilk öncə tədbir iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.Şəhid ailələri və qazilərimizə dövlət tərəfindən daim xüsusi diqqət və həssaslıqla yanaşılır. Biz də hər zaman onların yanındayıq və bunu göstərmək üçün xüsusi layihələr həyata keçirməyə çalışırıq.

Mən burda olan bütün qonaqları, başda şəhid ailələri və qazilərimiz olmaqla Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, səadət, firavanlıq, cansağlığı, ruzi-bərəkət arzu edirəm. Novruz bayramı təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Xalqımızın illər boyu sevə-sevə qədimdən bu günə kimi böyük sevgi ilə qarşıladığı bayramdır –Novruz.

Ölkəmizdə Novruz bayramı artıq daha da coşqulu, daha da möhtəşəm qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində qazandığımız zəfər xalqımızın başını uca etmiş, işğal altında olan dədə-baba yurdlarımızda bayram tonqalları qalamaqla nəticələnmişdir. Şəhidlərimizin, qazilərimizin və ümumilikdə ordumuzun sayəsində vətənimizin ərazi bütövlüyü təmin olunmuşdur. Bu zəfərin xalqımıza yaşatdığı əvəzsiz sevinc və qürur hissindən, şəhidlərimizin və qazilərimizin qəhrəmanlıqlarından nə qədər söz açsam azdır. Şəhid və qazi ailələri hər zaman bizim diqqət mərkəzindədir. Mən
şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı arzu edirəm.

Bir daha bayramınız mübarək.

Var olsun xalqımız!

Yenigundem.az