Bakının bəzi rayonlarında su olmayacaq.
Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Bildirilib ki, magistral su xəttində baş verən qəzanın aradan qaldırılması işləri ilə əlaqədar 3 yanvar saat 22:00-dan 4 yanvar 11:00-a dək Nəsimi və Yasamal rayonlarının bəzi ərazilərinə suyun verlməsində fasilə yaranacaq.