Məşhur cütlük Cennifer Lopez və Ben Afflekin toyundan görüntülərin yayılması ifaçını qəzəbləndirib.
“Yeni Gündəm” xəbər verir ki, həmin videolardan biri də toyda CeyLonun həyat yoldaşı üçün mahnı oxuduğu anlardan biridir. Belə ki, müğənni rəqqasların müşayiəti ilə “Sənə doymuram” mahnısını Benin qarşısında oynayaraq ifa edib.
Bu barədə narazılığını şərhlərin birində ifadə edən Cennifer görüntüləri qonaqlardan birinin icazəsiz yaydığını vurğulayıb. O, qonaqların gizlilik müqavilələri imzaladığını və onlayn heç nə dərc etməmələrini istədiklərini bildirib. O, videonun onlardan xəbərsiz çəkildiyini və pulla satıldığını iddia edib.
Qeyd edək ki, Cennifer və Ben avqustun 21-də aktyorun Riseborodakı malikanəsində toy ediblər.
Axşam.az