“Bu gözlərdə bir qadının ilk sevgiyə nifrəti var” – Vüsalə Əlizadəbackend

Aparıcı Vüsalə Əlizadə sosial media hesabında ona ünvanlanan bəzi sualları cavablayıb.

Axşam.az xəbər verir ki, aparıcıya verilən suallardan biri də “Bu postda əlimizlə gülüşünüzü bağladıqda gözləriniz gülmür. Çoxmu üzdülər sizi” olub.

Vüsalə həmin sualı bu sözlərlə cavablayıb:

“Gözlərimin dili olsa, o deyərdi lap düzünü. Dodağıma güc gələrdi, açardı iç üzünü. Süzgün, yorğun baxa-baxa gözdən pərdə asır gözüm. Hər səhər açılanda görürəm ki, gülür üzüm.

Bu gözlərdə yarım qalmış bir həyatın həsrəti var. Bu gözlərdə bir körpənin yarım qalmış uşaqlığı, güclü duran zərif qızın zilləti, bir qadının ilk sevgiyə nifrəti, körpəsi üçün savaşan bir ananın zəhməti var.

Hansı birin deyim dostum, sadalıyım, ipə düzüm. Niyə gülmür bu gözlərim, heç bilmirəm, vallah özüm”.

Qeyd edək ki, Vüsalə  aparıcı Azər İsmayılovla dörd il ailəli olub. Onların bu evlilikdən Dilək adlı qızları dünyaya gəlib. Vüsalənin qardaşı Əlihüseyn Əlizadə 2021-ci ildə avtomobil qəzasında vəfat edib. Onun bir oğul övladı var.

A.İsmayılov 2016-cı ildə Nəcibə adlı xanımla ikinci dəfə ailə qurub. 2018-ci ildə aparıcı Nəcibədən də ayrılıb. O, 2019-cu ilin sonunda isə o, üçüncü dəfə evlənib.