Bu gün Avro-2020-də 1/4 final mərhələsinə yekun vurulacaq.
“Yeni Gündəm” xəbər verir ki, sonuncu oyun günündə daha iki matç keçiriləcək. Əvvəl Bakı Olimpiya Stadionunda Çexiya və Danimarka milliləri qarşılaşacaq. Görüş saat 20:00-da başlayacaq.
Bu iki oyunun qalibi yarımfinalda bir-birinə rəqib olacaq.
Qeyd edək ki, daha əvvəl Bakıda A qrupunun 3 oyunu keçirilib.
3 iyul
1/4 final
20:00. Çexiya – Danimarka
Baş hakim: Byörn Kuypers (Niderland)
Bakı. Bakı Olimpiya Stadionu
23:00. Ukrayna – İngiltərə
Baş hakim: Feliks Brix (Almaniya)
Roma. “Olimpiko” stadionu
2 iyul
23:00. Belçika – İtaliya – 1:2
Qollar: Barella, 31 (0:1), İnsinye, 44 (0:2), Lukaku, 45+2 pen. (1:2)
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Münhen, “Münhen Futbol Arenası”
20:00. İsveçrə – İspaniya – 1:1 (Penaltilər seriyası – 1:3)
Qollar: Zakariya, 8-avtoqol (0:1), Şakiri, 68 (1:1)
Qırmızı vərəqə: Freuler, 78 (İsveçrə)
Baş hakim: Maykl Oliver (İngiltərə)
Sankt-Peterburq, “Sankt-Peterburq Arena”