44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası prioritet elan olunmuşdur.
Bu sözləri “Yeni Gundem”-ə açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.
Millət vəkili vurğulayıb ki, Dövlət başçımız və I Vitse prezident mütəmadi olaraq regionlara səfərlər edir və yeni müəsisələrin, infrastruktur layihələrin açılışlarında iştirak edir.
“2,5 il ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında böyük meqa layihələr icra olunmuş, Böyük Qaydışın davam etdirilməsinə şərait yardılmaqdadır. Bununla yanaşı Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramların həyata keçirilməsi də davam etdirilir. Bu gün ölkəmizin elə bir regionu yoxdur ki, cənab Prezidentin diqqətindən kənarda qalsın və inkişaf etməsin. Dövlət başçımız və I Vitse prezident mütəmadi olaraq regionlara səfərlər edir və yeni müəsisələrin, infrastruktur layihələrin açılışlarında iştirak edir. O cümlədən bu gün Neftçala və Salyan rayonlarına səfəri çərçivəsiundə ölkə başçımız Olimpiya İdman Kompleksinin, Neftçala-Kürkənd-2 Mayak avtomobil yolunun, “Azerbaijan Fish Farm” MMC-nin Nərə Damazlıq Təsərrüfatının,məktəb binasının, mərkəzi xəstəxanasının, Salyan rəqəmsal idarəetmə mərkəzinin, ASAN xidməti və digər layihələrin açılışlarını etrmişdir. Açılışı olmuş müəsisələr Ssaalyan və Neftçala rayonılarında yeni iş yerlərinin yaradılmasına, insanların rifahının yaxşılaşmasına xidmət edəcəkdir. Ölkə başçımızın regionlara olan yüksək diqqət dövlət siyasətimizin təməlində Azərbaycan vətəndaşının dayandığının göstəricisidir”,- deyə o qeyd edib.
Fərahim Rəhimov