AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət verib.
Həvəskar Liqanın I turu çərçivəsində keçirilməli olan “Lokomotiv” (Bakı) – “Balaxanı” matçında meydan sahibləri həkim personalı təmin etmədiyinə və bu səbəbdən oyun baş tutmadığına görə “Lokomotiv”ə texniki məğlubiyyət (0:3) verilib.
“Dinamo” (Balakən) klubu da eyni cəza ilə üzləşib. AFFA U-17 Qızlar Liqasının oyunu çərçivəsində “Neftçi” ilə qarşılaşan bölgə təmsilçisi qeydiyyatda olan oyunçunun yerinə başqa futbolçu meydana buraxdığına görə texniki məğlubiyyət alıb.