Bu mallar gömrük rüsumundan azad edildibackend

Humanitar yardım kimi gətirilən mallar gömrük rüsumundan azad ediləcək.

Bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” qanunda əksini tapıb.

Qanuna əsasən, Azərbaycan Respublikasının ərazisində qanunla qeydiyyatdan keçmiş humanitar təşkilatlar, həmçinin, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə digər hüquqi və fiziki şəxslər tərəfindən humanitar yardım kimi gətirilən mallar gömrük rüsumundan azad ediləcək.

Bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.