Bakıda koronavirusa görə bağlanan 60, 179 və 271 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.
Bu barədə “Yeni Gündəm”-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, həmin məktəblərin müəllim-şagird kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.