Bu möcüzəni gerçəkləşdirən Şanlı və Rəşadətli Milli Ordumuza daima borcluyuq – Məlahət İbrahimqızıbackend

Bugün dünyada baş verən dəhşətli kataklizmlər, ədalətsizlik, hegomonluq, yeni müstəmləkəçilik, müxtəlif münaqişələr, kiber hücumlar, virtual savaşlar fonunda Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpa olunması həqiqi mənada möcüzədir.

Bu möcüzəni gerçəkləşdirən Şanlı və Rəşadətli Milli Ordumuza, onun hər bir əsgər və zabitinə daima borcluyuq. Həyatlarından və canlarından, sağlamlıqlarından keçmiş əziz Şəhid və Qazilərimizə borcluyuq. Eləcə də, Qalib Ordunun Müzəffər Sərkərdəsinə, möhtərəm Prezidentimiz cənab İlham Əliyevə borcluyuq. Dövlətimiz bütün imkanları ilə Şəhid və Qazilərimizin problemlərinin həlli ilə bağlı onların qayğısında durur. Minnətdarlıqla qeyd etməliyik ki, Qarabağda həyata keçirilən geniş miqyaslı bərpa quruculuq işlərinə baxmayaraq, 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm 

Zəfərdən bugünə, təxminən dörd il ərzində minlərlə Şəhid və Qazi ailələrinin mənzil problemi həll edilibdir. Qədirbilən xalqımız ötən illərdə daima dövlətimizin və dövlət başçısının arxa dayağı olmuş və onun siyasətini dəstəkləmişdir. Vətən müharibəsində qazandığımız bu əbədi Zəfər də bu birlik və həmrəylik sayəsində qazanılmışdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin, eləcə də, möhtərəm Birinci- vitse prezidentimiz Mehriban xanım Əliyevanın bilavasitə əziz Şəhid və Qazilərimizə olan qayğı və diqqəti Nəsimi rayon ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.

Sakini olduğum, eyni zamanda Azərbaycan Respublikası Milli Məclisində təmsil etdiyim Nəsimi rayonu ərazisində yaşayan 20 Yanvar, Birinci və İkinci Qarabağ müharibəsi Şəhidləri haqqında hazırladığım “Əbədiyyət Yolu” kitabı da mənən olduğum borcun zərrəsidir. Kitab üç hissədən ibarətdir. Birinci hissə 1987-90-cı illərdə, xüsusən 20 yanvar 1990-cı ildə qanlı sovet ordusunun vəhşiliyinin qurbanı olmuş azadlıq Şəhidlərinə, İkinci hissə Birinci Qarabağ müharibəsində və üçüncü hissə 44 günlük Vətən müharibəsi zamanı azadlıq hərakatı zamanı ərazi bütövlüyümüz və suverenliyimizin bərpa edilməsi uğrunda canından keçmiş əziz Şəhidlərimizə həsr olunmuşdur. Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı gördüyü işlərlə Şəhid və Qazilərimizi əbədiyyətədək yaşatmağa borcludur.

Unutmayacağıq! Unutdurmayacağıq!

Məlahət İbrahimqızı 

Milli Məclisin deputatı