İdman mərc oyunlarının operatorunun idman mərc oyunlarının satıcısına verdiyi mükafatdan vergi tutulacaq.
“Yeni Gündəm”in məlumatına görə, bu, Vergilər Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qeyd edək ki, hazırda idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarının satıcısı tərəfindən operatorun ona verdiyi komisyon haqdan 4 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır. Layihəyə əsasən isə , idman mərc oyunlarının satıcısı tərəfindən idman mərc oyunlarının operatorunun ona verdiyi haqdan (mükafatdan) 4 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanacaq.