“Bu səbəbə görə üzərimdə həmişə silah gəzdirirdim” – Xalq artistibackend

Xalq artisti Brilliant Dadaşova üzərində silah gəzdirirmiş.

“Yeni Gundem” xəbər verir ki, müğənni bu barədə Xəzər TV- də yayımlanan “Hər şey daxil” verilişində etiraf edib:

“Sovet höküməti dağılandan sonra Heydər Əliyev hakimiyyətə gələnə qədər olan bir iki il ərzində xalqımız çox əziyyət çəkirdi. Toylarda davalar düşürdü. Bir dəfə gözümün qabağında adın çəkməyəcəm bir müğənniyə bıçaq çəkirdilər ki, oxumalısan. Bakının ortasında qırğınlar olurdu. Həmin dövrdə bütün dünyada bu baş verirdi lakin bizdə daha çox idi. Mənim kimi bir xanım, bloka girəndə silahla girirdim. Həmişə çantamda qorxumdan silah gəzdirirdim ” deyə müğənni bildirib.