Koronavirus səbəbilə konsertləri təxirə düşən “Bu şəhərdə” nin aktyorları fərqlilik yaradaraq “Youtube” kanalı üçün səhnəcik hazırlayıblar.
“Yeni Gündəm” xəbər verir ki, Əməkdar artisti Rafael İsgəndərov və Əməkdar artist Coşqun Rəhimov “Karantin toyu” adlı videonu ‘’Youtube’’ da yayımlayıblar.
Rəfael İsgəndərovun canlandırdığı Sirtuş Çölçəmənli obrazının qonağı isə TƏBİB-in sədri Ramin Bayramlı olub. R.Bayramlını Əməkdar artist Coşqun Rəhimov parodiya edib. Video izləyicilərin böyük marağına səbəb olub.
Sözügedən videonu təqdim edirik.Ölkə.Az