İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2021-ci ilin oktyabr və noyabr ayları ərzində yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə iş vaxtına/saatına mütənasib olaraq təxminən 8.9 milyon manatdan çox, qeyri-tibb işçilərinə isə 1.9 milyon manata yaxın müddətli əlavə ödəyib.
Agentlikdən “Yeni Gündəm”-ə verilən məlumata görə, Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinə ötən ilin oktyabr və noyabr ayları üzrə iş vaxtına/saatına mütənasib olaraq 4056.70 manat məbləğində müddətli əlavə ödənilib. Yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır.
Könüllülərə adambaşına aylıq 250 manat olmaq şərtilə, oktyabr və noyabr ayları üzrə 2250 manat məbləğində mükafat ödənilib. Bu məbləğdən əməkhaqqına dair tutulmalar hesablanmır.
Tibb və qeyri-tibb tibb işçilərinə, eləcə də könüllülərə qeyd edilən aylar üzrə ödənilən müddətli əlavə və mükafatların məbləği aşağıdakı kimidir:
Aylar | Dövlət tibb müəssisələri üzrə | Özəl tibb müəssisələri üzrə | Könüllülər üzrə | Cəmi | |
Tibb işçiləri | Qeyri-tibb işçiləri | ||||
Oktyabr | 7,468,087.75 AZN
(7 456 nəfər) |
1,404,345.65 AZN
(2 612 nəfər) |
4 056.70 AZN
(2 nəfər) |
1 250,00 AZN (5 nəfər) | 8,877,740.10 AZN (10 075 nəfər) |
Noyabr | 1,461,208.95 AZN
(1 156 nəfər) |
457,466.51 AZN
(989 nəfər) |
0,00 AZN
(0 nəfər) |
1 000,00 AZN (4 nəfər) | 1,919,675.46 AZN
(2 149 nəfər) |