Bu şəxslərə təqaüd veriləcəkbackend

“Bakı Təşəbbüs Qrupu tərəfindən müstəmləkəçiliklə mübarizə aparan ölkələrdən olan gənclərə təqaüd veriləcək”.

Bu fikirləri Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan şəxslərin iştirakı ilə Bakıda birinci Qurultayında çıxışı zamanı Bakı Təşəbbüs Qrupunun rəhbəri Abbas Abbasov səsləndirib:

“Bu ildən təşkilatımız Azərbaycanda təhsil almaq istəyən gənclərə təqaüd verəcək. Onu da diqqətinizə çatdırmaq istəyirəm ki, noyabrda ölkəmizdə təşkil olunacaq COP29 çərçivəsində kolonializimin tarixi barədə sərgi keçiriləcək. Eyni zamanda Bakı Təşəbbüs Qrupu bəyan edir ki, Fransa polisi müstəmləkəçilik hərəkatının üzvlərini həbs edərkən onlarla terrorçu kimi davranıb və gizli şəkildə Parisə aparıb. Orada isə onlar müxtəlif işgəncələrə məruz qalıb. Bu şəxslərin arasında qadınlar da var. Bakı Təşəbbüs Qrupu məhbusların ailələrinə və onları müdafiə edən şəxslərə yardım edəcəyini bəyan edir. Bu günkü tədbirimizdə həmin siyasi məhbuslardan bəzilərinin ailələri iştirak edir”, – Abbas Abbasov deyib.

APA