Fevral ayından etibarən məktəblərdə çalışan hərbi rəhbərlərin əməkhaqlarında artım olub.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov media üçün keçirilən brifinqdə çıxışı zamanı deyib.
“Məktəblərdə 4 minə yaxın hərbi rəhbər çalışır. Ötən aylar ərzində yeni işə qəbul olan hərbi rəhbərlərin qiymətləndirilməsi həyata keçirilib. Fevral ayından etibarən onların əməkhaqlarında artım qeydə alınıb”, – deyə o bildirib./Trend