“Bu tərbiyəsizlikləri efirdən yığışdırmaq lazımdır”backend
“Yeni Gundem” axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı Elgiz Əkbər öz verilişində deyib.

O, son vaxtlar şou-biznesdə yaşanan qalmaqallardan danışıb:

“Tərbiyəsizliklər yığışdırılmalıdır. İnsanın şərəf və ləyaqətini alçaltmaq üçün hərəkətlər edilir. Pul hesabına ətrafına adam yığırlar. Mənə də zəng ediblər ki, biz qruplaşma yaradırıq, kimin tərəfindəsən? Belə hallar yaşanır sənət aləmində”.