Dövlət İmtahan Mərkəzinin (DİM) Maliyyə şöbəsində şöbə müdiri, böyük məsləhətçi və aparıcı məsləhətçi (sosial məzuniyyət yeri) vəzifələri, İnformasiyalaşdırma və texnoloji təminat departamentində isə məsləhətçi vəzifəsi üzrə vakansiyalar elan edilib.
Bu barədə DİM-dən məlumat verilib.
Hər bir vəzifə üzrə qulluq funksiyaları, vəzifənin tutulma şərtləri və digər tələblər DİM-in saytının “Vakansiya” bölməsində yerləşdirilib.
Namizədlər müvafiq bölmədə tələblərlə tanış olub öz müraciət formasını mövzu bölməsində iddia etdiyi vəzifənin adını qeyd etməklə 30 sentyabr 2023-cü il tarixinədək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.