“Yuventus”un qapıçısı Canluici Buffon cəzalandırıla bilər.
“Yeni Gündəm” xəbər verir ki, bu barədə “La Gazzetta Dello Sport” nəşri məlumat yayıb. Bildirilib ki, 43 yaşlı qolkiper İtaliya kubokunun “İnter”lə ilk yarımfinal matçında (2:1) rəqib oyunçu Lautaro Martinesə təhqiramiz ifadə səsləndirib. Bu söz italyan dilində ən ədəbsiz sözlərdən biri sayılır.
Buffonun videoların ekspert analizindən sonra ifadəsi təsdiqlənərsə, 1 oyunluq cəza və cərimələnə bilər.
Qeyd edək ki, Buffon 2020-ci ilin dekabrında “Parma” ilə A seriyasının 13-cü tur matçında (4: 0) bənzər bir ifadəni işlətdiyinə görə İtaliya Futbol Federasiyasının İntizam Komitəsinə şikayət edilib. Bu oyunla bağlı hələ qərar verilməyib.