“Bugün Şuşada dalğalanan Dövlət Bayrağımız vüqarla dalğalanır.” – Məlahət İbrahimqızıbackend

Bildiyimiz kimi, müstəqilliyə qovuşduqdan sonra dövlətımızın təsisatları, demokratiya prinsipləri əsasında quruldu. Milli Dövlət  quruculuğunun mahiyyəti sovet dövlət sistemindən tamamilə fərqli sistemlər üzərində qurulurdu. Sözsüz ki, Ulu Öndərimiz, Heydər Əliyevin rəhbərliyi, zəngin dövlətçilik təcrübəsi, uzaqgörənliyi, Vətəninə olan sevgi və fədakarlığı ilə Azərbaycanda qalib fövlətin tam bazası quruldu. Ölkəmizdə təqvimdə əks olunmuş milli bayramlarla bağlı bir sıra yeni siyasi, tarixi, eyni zamanda milli və dövlətçilik ruhunu formalaşdıran yeni əlamətdar günlər və bayramlar təsis olundu.Azərbaycan xalqı ötən əsrdə iki dəfə – 1918-ci il mayın 28-də və 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyi əldə etmişdir. 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik ənənələrinin formalaşması baxımından mühüm rol oynamış və müstəqil dövlətə xas olan atributlar təsis edilmişdir. Üzərində ağ aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli bayraq Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Azərbaycan Müvəqqəti Hökumətinin 1918-ci il 24 iyun tarixli qərarı ilə Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Bayrağı kimi qəbul olunmuşdur. 1918-ci il noyabrın 9-da isə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının Bakıda keçirilən iclasında Fətəli xan Xoyski milli bayraq haqqında məruzə ilə çıxış etmişdir.

Bu sözləri Yeni Gündəm –ə açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Müzakirələrdən sonra yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq Dövlət Bayrağı kimi qəbul edilmişdir.Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il noyabrın 17-də keçirilən sessiyasında üçrəngli bayrağımız ikinci dəfə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə qaldırılmışdır. Həmin sessiya Azərbaycan dövlətçiliyinin bərpası prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlərin müzakirə edilməsi, ölkəmizi müstəqilliyə aparan yolda tarixi qərarların qəbulu ilə əlamətdar olmuşdur. Məhz ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə həmin sessiyada “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasının Ali dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul edilmişdir. “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” Qərara əsasən müstəqilliyimizin əsas atributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilmişdir. Bununla əlaqədar ümummilli lider Heydər Əliyevin öz əli ilə yazıb imzaladığı Ali ­Məclisin qərarında deyilirdi:

“Naxçıvan Muxtar Respublikası Ali ­Məclisi qərara alır:

1) İlk Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsis edilsin.

2) Naxçıvan Muxtar Respublikasının digər dövlət rəmzi – Dövlət Himni və gerbi haqqında məsələ öyrənilib Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə verilsin.

3) Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağının, bütövlükdə, Azərbaycan SSR-in dövlət rəmzi kimi təsis edilməsi məsələsi qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan SSR Ali Sovetindən xahiş edilsin”.

“1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağın Azərbaycanın Dövlət Bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul etmişdir.

“Azərbaycan bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən də gənc nəsil bunu dərk etsin, qiymətləndirsin…”,- deyən ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi təsdiq olunmuş, Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında normativ aktlar qəbul edilmişdir. “

Millət vəkili İlham Əliyevin prezidentliyi dövründədə Azərbaycan Bayrağı haqqında qəbul edilmiş yeni qərarları sadaladı,:

“Bu proses 2003-cü ildən ölkəmizə rəhbərlik edən sonra daha da sürətlə davam etdi. Möhtərəm Prezidentimiz İlham Əliyev həm yeni minillikdə, dünyada baş verən kürəsəl geosiyasi prosesləri nəzərə alınmaqla dövlət quruculuğunu dünyaın yeni çağırışlarına tam cavab verən və idarəçiliyə daha gücül çalarlar verən yeni modellər və müasir yanaşmalar tətbiq etməyə başladı. Möhtərəm  Prezidentimiz cənab İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə ölkəmizdə hər il 9 noyabr tarixi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilməsi də bir tərəfdən dövlətçilik atributlarına ən yüksək səviyyədə verilən dəyər olmaqla, həm də xalqın milli ruhunun daha da güclənditilməsinə xidmət edən siyasi qərar idi. Dövlət rəmzləri və bayraqlar bizə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin tarixini öyrənməyə, araşdırmağa geniş imkanlar açır. Məhz bu baxımdan xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımız həm də milli qürurumuzdur. Çünki milliliyi, dini inancımızı və müasirliyi təcəssüm etdirən bayrağımız azərbaycanlılara öz soykökünü xatırladır, üzərində dalğalanan torpağın qədimliyini göstərir.Azərbaycan Respublikasının 2004-cü il 8 iyun tarixli Qanunu ilə Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları müəyyənləşdirilmişdir.Görkəmli dövlət xadiminin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət rəmzlərinə olan münasibəti, milli ideallara bağlılığı özünü həm də üçrəngli bayrağımıza münasibətdə qabarıq göstərir. Dövlət başçısı 2007-ci il noyabrın 17-də “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında” Sərəncam imzalamışdır.Bugün ölkəmizin bütün bölgələrində vüqarla qalib xalqın bayrağı dalğalanır. Azərbaycan Bayrağımıza ehtiram hissini gücləndirmək məqsədilə dövlət qulluğuna yeni təyin olunmuş gənclərin andiçmə mərasimlərinin burada keçirilməsi onların bayrağımız haqqında daha geniş bilgilərə malik olmalarına şərait yaradır.Azərbaycan bayrağı millətimizin və dövlətimizin simvoludur. Xalqımızın, bütün dünya azərbaycanlılarının azadlığının, şərəf və ləyaqətinin, milli birliyinin ifadəsi, hörmət və ehtiramının tək ünvanı olan Dövlət Bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılır. Artıq müstəqil və qalib Azərbaycan dövlətinin bayrağı işğaldan azad edilmiş bütün bölgələrdə qürur və ləyaqətlə dalğalanır. Bugün Şuşa zirvəsində dalğalanan Müzəffər xalqın mənsub oldiğu dövlət bayrağı dosta sevinc və düşmənə göz dağıdır. Bugün Azərbaycan xalqı, gənclər, yeni nəsil çox gözəl dərk edir ki, müqəddəslik rəmzimiz olan və ölkəmizin hər güşəsində ucalan bayraqların üzərində minlərlə şəhidimizin qanı var. Müzəfgər Milli Ordumuz otuz il ərzində Azərbaycan xalqının arzusu, dərdi, niskili, duası, röyası olan Qarabağ torpaqlarında Azərbaycan bayrağının dalğalanması artıq Müzəfgər Ali Baş Kamandanımızın yenilməz iradəsi və Azərbaycan ədgərinin şücaət və rəşadəti ilə gerçəkliyə çevrilibdir. 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərlə İnşallah Dövlətimizin üçrənhli, aylı-ulduzlu müqədfəs bayrağı Lələtəpədən başlayaraq yüksəklərindən Şuşaya, ölkəmizin hər güşəsində bundan sonra əbədiyyətədək dalğalanacaqdır. Müstəqil fövlətimizin əsas atributlarından olan Azərbaycan bayrağını müqəddəsləşdirən təkcə onun and yerimiz olması deyil, bayraq həm də dövlətimizin, bütövlükdə, xalqımızın gələcək yolunu müəyyənləşdirən bələdçi olmasıdır. Bu gün Vətənimizin ən yüksək zirvələrdə dalğalanan,üçrəngli bayrağımız dövlətimizin gücünü və xalqımızın milli birliyini, həmrəyliyini nümayiş etdirir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dediyi kimi: “Bayrağımız mübarizə əzmimiz, zəfər sorağımız, istiqlaliyyət salnaməmizdir”.”