Bundan sonra Talış kəndinə marşrutla da gedə bilərikbackend

Tərtər rayonunun Talış kəndi istiqamətində avtobus marşrutu fəaliyyətə başlayıb.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən “Yeni Gundem”-ə məlumat verilib.

Böyük Qayıdış proqramı çərçivəsində Tərtər rayonunun Talış kəndinin sakinlərinin tələbatının ödənilməsi məqsədilə Azərbaycan Quru Nəqliyyatı Agentliyi tərəfindən araşdırma aparılıb, araşdırma zamanı bu qəsəbəyə avtobus marşrutunun fəaliyyətə başlaması imkanları təhlil edilib. Qərara alınıb ki, kəndə avtobus marşrutu açılsın. Birinci mərhələdə marşrut xətti Şıxarx qaçqın qəsəbəsindən Talış kəndi istiqamətində Tərtər şəhər mərkəzi bazarı, avtovağzal, Seydimli, Çaylı və Suqovuşan kəndlərində aralıq dayanacaqlarla təşkil edilir. Hazırda sərnişinlərə gündə 2 reys yerinə yetirən bir kiçik tonajlı avtobus xidmət göstərir.

Rayon mərkəzindən 29 km aralıda, dağlıq ərazidə yerləşən Talış kəndində hazırda 90 nəfər (20 ailə) yaşayır. Növbəti mərhələdə kəndə 158 ailənin köçürülməsi nəzərdə tutulur.