“Burada qərarları mən verirəm!” – Kloppbackend

“Liverpul”un baş məşqçisi Yurgen Klopp haqqında səsləndirilən tənqidlərə cavab verib.

Alman mütəxəssisin komandası dünən Premyer Liqanın 27-ci turunda evdə “Çelsi”yə uduzub (0:1). Bu, “Liverpul”un tarixində ilk dəfə ardıcıl beşinci ev məğlubiyyəti olub. Hazırda mersisaydlılar 43 xalla 7-ci yerdə qərarlaşıb.

“Yeni Gündəm” xəbər verir ki, 62-ci dəqiqədə Kloppun Məhəmməd Salahı əvəzləyərək meydana Aleks Oksleyd-Çemberleni daxil etməsi bəzi ingilis jurnalistlərin və sosial şəbəkə istifadəçilərinin tənqidi ilə qarşılanıb.

Klopp keçirdiyi mətbuat konfransında bununla bağlı suala cavab olaraq deyib: “Mən doğru olduğunu düşündüyüm addımlar atıram. Mane və ya Firminonu da əvəz edə bilərdim. Salah yorğun görünürdü, ona görə əvəzlədim. Bir də burada qərarları mən verirəm”.