Buraxılış imtahanında 5 nəfərin nəticəsi ləğv edildibackend

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 16-da keçirilən buraxılış imtahanlarında iştirakı nəzərdə tutulan 48049 nəfərdən 329 nəfər imtahana gəlməyib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Həmçinin qeyd olunb ki, tələb olunan imtahan qaydalarını pozduğu üçün 5 nəfərin nəticəsi ləğv olunub.

İmtahan iştirakçıları arasında 1 nəfər – Akademik Zərifə Əliyeva adına liseyin şagirdi maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.