Türkiyənin məşhur aparıcısı Burcu Esmersoy müzakirələrə səbəb olan addım atıb.
“Yeni Gündem” xəbər verir ki, o, instaqramda keçmiş həyat yoldaşı Berk Suyabatmazla onun sevgilisi Berrak Tüzünataçın fotosunu bəyənib.
Maraqlısı odur ki, Burcudan ayrılan Berk iki ay sonra eks-xanımının ən yaxın rəfiqəsi ilə sevgili olub. Bu isə Burcu ilə Berrakın münasibətlərinin bitməsi ilə nəticələnib.
Yaşanan hadisəyə baxmayaraq, Esmersoyun Suyabatmazın sevgi dolu fotosunu bəyənməsi tənqidlə qarşılanıb. Mənfi rəylərlə yanaşı aparıcının bu hərəkətinin modern birinə uyğun olduğunu qeyd edənlər də olub.