Azərbaycanın növbəti uğuru – Fərrux Zəfəridir. Diplomatiyanın əsas predmeti, subyekti və obyekti dünyanın siyasi xəritəsində öz yerini tutmuş dövlətlərdir. Qürur verici haldır ki, bu gün Azərbaycan belə bir dövlət kimi tanınır.
Bu sözləri “Yeni Gundem”-ə açıqlamasında Milli Məclisin deputatı Hicran Hüseynova bildirib.
Millət vəkili açıqlayıb ki, Türkiyə kimi güclü qardaş dövlətin Azərbaycanın yanında olması tam qələbəmizi təmin edən həlledici və əsas amillərdir.
“Belə ki, Ali Baş Komandanımız İlham Əliyevin güclü iradəsi, böyük sərkərdəlik məharəti və qətiyyəti, müzəffər və yenilməz ordumuzun şücaəti, xalqın Prezidentinə olan birmənalı dəstəyi və onun ətrafında möhkəm birliyi, Türkiyə kimi güclü qardaş dövlətin Azərbaycanın yanında olması tam qələbəmizi təmin edən həlledici və əsas amillərdir. Elə bunun əsaslı nəticəsi idi ki, 44 günlük Vətən müharibəsi dövründə də ölkə başçımız bütün siyasi təzyiqlərə və təhdidlərə də sinə gərməyi bacardı. Bu gün isə qürurla qeyd edirik ki, Fərrux kəndi Azərbaycanın tam nəzarətindədir və üçrəngli bayrağımız orada dalğalanır. Artıq Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz zəfər tarixini yazmaqda davam edir. Fərrux Zəfəri bir daha göstərdi ki, Azərbaycan Prezidenti nəyi, nə zaman, necə etmək lazım olduğunu dəqiq bilir, məsələlər səbr və təmkinlə həllini tapır. Biz qəhrəman əsgər və zabitlərimiz hesabına qələbə qazanmışıq”, – deyən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, eləcə də hər bir əsgər və zabitin 44 günlük Vətən müharibəsi dövründə arzusu, amalı 30 ildir həsrətində olduğumuz torpaqlara üçrəngli bayrağımızı sancmaq oldu. Mənfur düşmən qarşı tərəfin maksimum itki verməsi məqsədilə işğal etdiyi ərazilərdə müasir texnologiyalara uyğun müdafiə sədləri qurub, istehkamlar tikmişdi. Qarabağ iqtisadi zonasına aid Xocalı rayonu ərazisində baş verən hadisələr fonunda yenidən revanşist qüvvələrin fəallığının və onların havadarlarının ikili, riyakar münasibətinin şahidi olmuşuq. Lakin buna baxmayaraq Prezident İlham Əliyevin diplomatik məharəti, prinsipiallığı, dəqiq və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan tarixi Qələbə yazmağa davam edir.”-o deyib.
Milli Məclisin deputatı H.Hüseynova vurğulayıb ki, bir zamanlar ermənilərin Fərruxun alınmaz qala olduğu haqqında yaratdıqları mifi Azərbaycan əsgəri darmadağın etdi.
“Xocalı qatili Zori Balayanın Qarabağın “qızıl açarı” adlandırdığı Fərrux kəndi bu gün Qalib Azərbaycan Ordusunun nəzarəti altındadır. İndi Xocalı rayonunun Fərrux kəndi ətrafında səngər qazan silahlılar kimi digərləri də bilməlidir ki, Güclü Azərbaycan Ordusu vəziyyəti nəzarətdə saxlayır, istənilən qanunsuz hərəkətin qarşısını almağa qadirdir və həmişə də o işğalçı ünsürlər qazdıqları «quyuya» özləri düşürlər. Heç kimin şübhəsi olmasın ki, bütün qanunsuz erməni silahlı birləşmələri Azərbaycan ərazilərindən çıxarılacaq və nəyi, nə vaxt və necə etməyi çox yaxşı bilən Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti nəticədində bütün ərazilərimiz qanunsuz erməni birləşmələrindən tam təmizlənəcək, həmin ərazilərdə ölkəmizin suveren hüquqları bərpa edilməklə, üçrəngli şanlı bayrağımız dalğalanacaq”-deyə o qeyd edib.
Fərahim Rəhimov