“AZAL”ın keçmiş prezidenti Cahangir Əsgərovun qızları İngiltərədəki şirkətlərinin adında dəyişikliklər ediblər. Belə ki, 2017-ci ildən fəaliyyət göstərən GAZELLI INTERNATIONAL LIMITED şirkəti bundan sonra SOROKA LIMITED adı ilə fəaliyyətini davam etdirəcək.
“Yeni Gundem”-in xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.
C.Həsənlinin sözlərinə görə, 2019-cu ildə SOROKA LIMITED adı ilə qeydiyyatdan keçmiş şirkət isə bundan sonra GAZELLI INTERNATIONAL LIMITED adı ilə fəaliyyətini davam etdirəcək: “Dəyişikliklər ötən ayın 21-də təsdiq edilib. Əsgərovlar ailəsi bundan əvvəl də digər iki şirkətlə bağlı eyni rakirovkanı həyata keçiriblər. 2021-ci ilin yanvarından MRCR ART LIMITED şirkəti GAZELLI ART HOUSE LIMITED, GAZELLI ART HOUSE LIMITED şirkəti isə MRCR ART LIMITED adına dəyişdirilib”.