Çanaqqalada dörd əsgəri ildırım vurdubackend

Türkiyədə Çanaqqala Boğazı və Qarnizon Komandanlığına ildırım düşüb.

Günboyu yağan şiddətli yağış və fırtınanın təsirli olduğu şəhərdə Çanaqqala və Qarnizon Komandanlığının ərazisinə daxil olan Nara burnunu ildırım vurub.

İldırım vurması nəticəsində dörd əsgər yaralanıb.

Əsgərlər xəstəxanaya yerləşdiriliblər və vəziyyətlərinin yaxşı olduğu bildirilib.