Canpolad İmanovun klinikası cərimələnə bilərbackend

“Medi old” MMC-yə inzibati protokol yazılıb.

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 215.4-cü (Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

İş Sabunçu Rayon Məhkəməsinin hakimi Anar Rzayevin sədrliyi ilə araşdırılacaq.

Qeyd: Klinika məşhur terapevt-androloq Canpolad İmanova məxsusdur.