Cavanşir Məmmədov: “Arvadıma zəng edib deyib ki, ərindən hamiləyəm” – VİDEObackend

Əməkdar artist, ifaçı Cavanşir Məmmədov aparıcı Tolikin (Tarix Əliyev) proqramına qatılıb.

“Yeni Gundem” xəbər verir ki, müğənni verilişində sənət yoldaşlarından birinin illər əvvəl həyat yoldaşına etdiyi zəngdən danışıb:

“1991-ci ilin məsələsidir. Mən bunu indiyə qədər danışmamışam, kim necə yozacaqsa, başına gəlsin. Müğənni yoldaşlardan biri zəng edib həyat yoldaşıma deyib ki, hamiləyəm. Yoldaşım kimdən olduğunu soruşub. Deyib ki, Cavanşirdən. Həyat yoldaşım da deyib ki, onda Cavanşirə zəng et, mənə niyə zəng edirsən. Məndən hamilə qalmamısan ki. Evə gəldim, gördüm anamın rəngi ağarıb, həyat yoldaşımın gözləri qıpqırmızıdır. Anam hadisəni danışdı, dedim nə olar edib, edib də…”

Ətraflı videoda: