Cavanşir Məmmədovun cənazəsi evindən çıxarılıb.
“Yeni Gundem” xəbər verir ki, mərhumun nəşi yuyulmaq üçün Göy məscidə aparılıb.
Əməkdar artistin ölüm xəbərini eşidən sənət yoldaşları da mərhumun evinə üz tutub. Onlar arasında Elza Seyidcahan, Elçin Əlibəyli, Gövhər Rzayeva və digərləri olub.
Cavanşir Məmmədov Yasamal qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, 70 yaşlı Cavanşir Məmmədov bu gün səhər saatlarında ürəktutmadan dünyasını dəyişib.